Mərkəzimiz nailiyyətlərinə bir yenisini daha əlavə etdi

Bakı Sağlamlıq Mərkəzi nailiyyətlərinə bir yenisini daha əlavə etdi. Ailəsi tərəfindən cinsiyyəti şüphəli görülərək mərkəzimizin Uşaq cərrahiyyəsi şöbəsinə gətirilən 1 yaş 6 aylıq uşağa “Konjenital Adrenal Hiperplaziya” diaqnozu qoyuldu. Pasiyentin xəstəxanamızda keçirilən müayinə və analizlər nəticəsində, genetik olaraq daxili orqanlarının və genetikasının qız olduğu məlum olmuşdur. Sadəcə xarici orqanlarının görünüşü oğlan kimi formalaşmışdır. Bu tip pasiyentlər həkim psixoloq ve həkim endikronoloqun qəbulundan sonra həkim nəzarəti ilə genetik analizlərdən keçirilirlər. Sonra pasiyent cərrahi əməliyyata alınır. Mərkəzimizin Uşaq cərrahiyyəsi şöbəsinin rəhbəri t.ü.f.d., Dr. Toğrul Ömərov pasiyentə Total Urogenital Mobilizasiya, Labioplastika, Klitoraplastika əməliyyatları icra etmişdir. 5 saat davam edən əməliyyat nəticəsində tam görünüş bərpa olunmuşdur. Uğurlu əməliyyat nəticəsində pasiyent sağlamlığını geri qazanmışdır. Balaca pasiyentimizə gözəl həyat arzu edirik.

Diqər xəbərlər